ERMƏNİLƏR TƏLAŞDA - Sərhəddə “Azərbaycan casusu” tutulub?

4-04-2024, 13:16           
ERMƏNİLƏR TƏLAŞDA - Sərhəddə “Azərbaycan casusu” tutulub?
Ermənistanda “Azərbaycan casusları” ilə bağlı iddialar yenidən aktivləşib.
TEREF publika.az-a istinadən xəbər verir ki, aprelin 2-də Ermənistan təhlükəsizlik orqanlarının Basarkeçərdə Sotk (Söyüdlü) qızıl mədənində işləyən iki rusiyalı əməkdaşı həs etdiyinə dair məlumat yayılıb.

Rusiyalı işçilər Söyüdlü qızıl mədəninin hazırda Ermənistanın nəzarət etdiyi hissəsində işləyir.

“Hraparak” nəşri yazır ki, saxlanılan rusiyalılar qızıl mədəninin mühafizə postunun əməkdaşlarıdır.

“Mədənin işçiləri bizə bildirir ki, iki rusiyalı işçi Azərbaycana casusluq etməkdə şübhəli bilinir. Onlar yataqla bağlı Azərbaycana məlumatlar ötürüb”, – nəşr iddia edir.

Qeyd edək ki, dünən Xankəndidən Ermənistana qayıdan Sarkis Qalstyan da “Azərbaycana casusluq” ittihamı ilə həbs olunub. Bu “casus ovu”nu Ermənistan hakimiyyətinin qurduğu bəllidir: Paşinyanla ya o qədər qorxur ki, hər kəsi casus olaraq görür, ya da bu cür oyunlarla Azərbaycanı “müdaxilə edən tərəf” kimi göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.