Şahzadə Harri Keytlə bağlı sərt fikirlərinə görə peşman olub

5-04-2024, 12:14           
Şahzadə Harri Keytlə bağlı sərt fikirlərinə görə peşman olub
Şahzadə Harri öz xatirələrində Keyt Middleton haqqında sərt danışdığına görə peşman olub.
Bu barədə "Us Weekly" məlumat yayıb.
Kral eksperti və bioqrafı Tessa Dunlop bildirib ki, şahzadə Harri öz xatirələrində onu və ailəsinin digər üzvlərini tənqid etdiyinə görə Keyt Middletondan utanır.
"Onun xərçəng olduğunu və geri qaytara bilməyəcəyiniz sözlər yazanda, bu, olduqca çətin olur", deyə Dunlop bildirib.
Ekspert onu da qeyd edib ki, indi şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsi ilə bağlı hər hansı açıqlama verməzdən əvvəl bir neçə dəfə düşünməli olacaqlar.
Şahzadə Harrinin avtobioqrafik kitabı "The Spare" 2023-cü il yanvarın 10-da, onun məzmunu ilə bağlı xəbərlər və hersoqun bir neçə müsahibələrində verdiyi açıqlamaların səbəb olduğu bir sıra qalmaqallardan sonra nəşr olunub. Harri öz xatirələrində həyatından açıq danışır və kral ailəsini tənqid edir. Məsələn, şahzadə onu "Halloween" üçün nasist kostyumu geyinməyə məcbur edənlərin Keyt və Uilyam olduğunu yazıb.
Martın 22-də Uels şahzadəsi hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələlərində olduğunu açıqlayıb. Keyt xərçəngin qarın əməliyyatından sonra edilən testlər zamanı aşkar edildiyini deyib. (Qaynarinfo)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.