Azərbaycanda anemiya xəstəliyi olan şəxslərin sayı AÇIQLANDI
19-05-2024, 11:44
2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb. TEREF xəbər verir ki, u barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2023-cü ilin sonunda tibb müəssisələrində qeydiyyatda olan anemiya xəstələrinin sayı isə 46 806 nəfər olub.