Daha bir riskli əməliyyat uğurla icra olundu - FOTOLAR

20-05-2024, 17:54           
Daha bir riskli əməliyyat uğurla icra olundu - FOTOLAR
Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.

TƏBİB-dən "Cebhe.info"-ya verilən məlumata görə, 59 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.

10 ildən artıq müddətdə sol bud-çanağında ağrıları olan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra ona sol bud-çanağın 4-cü dərəcəli koksartroz diaqnozu təyin edilib və cərrahi əməliyyata qərar verilib.

Əməliyyat xəstəxananın Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli və travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən həyata keçirilib.

Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, mayın 20-si Ümumdünya Travmatoloqlar Günü kimi qeyd edilir. Respublika Klinik Xəstəxanasında olduğu kimi TƏBİB-in digər tabeli tibb müəssisələrində sözügedən istiqamətlərdə işlər davam etdirilir.

2023-cü ilin noyabr ayında Qubada Regional Travmatoloji Mərkəz yaradılıb və hazırda fəaliyyətini uğurla davam etdirir. Yaxın gələcəkdə digər regionlarda da travmatoloji mərkəzlərin yaradılması nəzərdə tutulub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru