27 il itkin düşəni qonşunun evindən tapdılar!
20-05-2024, 17:37
Orta məktəbdə oxuyanda yoxa çıxdı, ailəsi 27 il idi ki, onun öldüyünü düşünürdü, həqiqət isə cəmi 200 metr aralıda idi.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Əlcəzairdə 26 ildir itkin düşən Ömər bin Omran evindən 200 metr aralıda qonşusunun baxçasında tapılıb. Omran 1990-cı illərdə Əlcəzair vətəndaş müharibəsi zamanı yoxa çıxanda 10 yaşında idi.
Səlahiyyətlilər hazırda 45 yaşlı Omranı saxlamaqda şübhəli bilinən 61 yaşlı kişini saxlayıb. 1990-cı illərdə Əlcəzairdə hökumətlə islamçı qruplar arasında vətəndaş müharibəsi gedirdi. 11 il davam edən və 2002-ci ildə sona çatan qarşıdurmalarda təxminən 200 min insanın öldüyü, ən azı 20 min insanın qaçırıldığı təxmin edilir. Ailəsi də itkin Ömranın bu insanların arasında olduğunu zənn edirdi.
Lakin itkin düşəndən 26 il sonra Ömran mayın 12-də böyüdüyü evin yaxınlığındakı bir evin bağçasında saman qalaqlarının altında tapılıb. Prokurorluq, aldıqları xəbər üzərinə tədbir gördüklərini və jandarmın evə getdiyini və axtarış zamanı Ömranı tapdıqlarını açıqlayıb.
Ədliyyə rəsmiləri əlavə edib ki, şübhəli jandarm basqını zamanı qaçmağa cəhd edib, lakin buna nail ola bilməyib. Ədliyyə Nazirliyi də istintaqın davam etdiyini və Omrana tibbi və psixoloji dəstək verildiyini açıqlayıb.
Xilasedicilərə verdiyi ifadəsində Ömran əsir saxlandığı zirzəmidən hərdən ailəsini gördüyünü, lakin əsir götürən şəxsin ona etdiyi "sehir"dən səsini çıxarıb kömək istəmədiyini bildirib. Omranın anası 2013-cü ildə dünyasını dəyişib.