Rəisi vəzifədə ölən ikinci İran prezidenti oldu – Rəcai necə öldürülmüşdü?

20-05-2024, 16:46           
Rəisi vəzifədə ölən ikinci İran prezidenti oldu – Rəcai necə öldürülmüşdü?
İbrahim Rəisi vəzifədə ölən ikinci İran prezidenti kimi tarixə düşüb.

KONKRET.az xəbər verir ki, 30 avqust 1981-ci ildə keçmiş prezident Məhəmməd Əli Rəcai və ozamankı Baş nazir Məhəmməd Cavad Bahonar “Mücahidin-e-Xalq” üzvləri tərəfindən Baş nazirin ofisinə yerləşdirdikləri bomba nəticəsində öldürülüb.

O, cəmi 28 gün prezident olub.

“Mücahidin-e-Xalq” mərkəzi qərargahı Albaniyada olan İran siyasi mühacirətinin ən böyük hərbi-siyasi təşkilatıdır. Təşkilatın məqsədi İranda mövcud rejimi devirməkdir. Rəhbəri isə Məryəm Rəcəvidir. (Ölkə.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru