KOMİTƏ SƏDRİ TANINMIŞ VƏKİLƏ QARŞI TƏZYİQLƏRƏ BAŞLAYIB - Açıqlama

22-05-2024, 09:58           
KOMİTƏ SƏDRİ TANINMIŞ VƏKİLƏ QARŞI TƏZYİQLƏRƏ BAŞLAYIB - Açıqlama
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov tanınmış vəkil, "AzPolitika.info” saytında baş redaktorun hüquq məsələləri üzrə müşaviri Ceyhun Yusifova qarşı təzyiqlərə başlayıb.

Bu barədə Ceyhun Yusifov "AzPolitika"-ya açıqlamasında məlumat verib.

“Şahin Bağırov peşəkar, təcrübəli, illərini gömrük sisteminin təkmilləşdirilməsinə sərf etmiş gömrükçüləri sırf regional bağlılığına, köhnə komandada işlədiyinə görə təqaüd hüququndan məhrum edərək müxtəlif bəhanələrlə xidməti vəzifələrindən kənarlaşdırır. Bu şəxslərin hüquqlarının məhkəmə qaydasında müdafiəsinə başladığım üçün şəxsən komitənin rəhbərliyi tərəfindən bu və ya digər formada mənə təzyiqlər edilir.

Bununla kifəyətlənməyərək, mənim Vəkillər Kollegiyasında cəzalandırılmağımla bağlı komitəni də hərəkətə keçiriblər. Şahin Bağırova tövsiyəm odur ki, mənə qanunsuz təsirlər etməkdənsə, peşəkar əməkdaşlarını qorumaqla öz üzərinə düşən vəzifəsini yerinə yetirməklə məşğul olsun!”,- deyə o, bildirib.

Vəkilin bu açıqlaması ilə bağlı Gömrük Komitəsinin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru