"İcra başçısı Adil Vəliyev villamın qapısını bağlaya bilməz, buna səlahiyyəti yoxdur" - Hacı Qalib
22-05-2024, 18:34
“Bilgəh qəsəbəsindəki villamın qapısını guya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev daşla hörüb. Adil Vəliyev heç vaxt qapımı bağlaya bilməz. Çünki onun bu addımı atmağa səlahiyyəti yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Qalib Salahzadə deyib.
Q.Salahzadə Bilgəh qəsəbəsindəki villası tərəfdə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, "Azərbaycan Hava Yolları" QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılovun, "AzNar" şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların villalarının olması barədə məlumata isə belə rekasiya verib: “Orada kimlərin villasının olduğundan xəbərim yoxdur. İkincisi, məlumatda yazıblar ki, guya mən Bilgəh bələdiyyəsinin sədri olmuşam. Mən heç vaxt Bilgəh bələdiyyəsinin sədri olmamışam! Heç vaxt! Qoy kim nə istəyirsə, yazsın, xətirlərinə dəymə, özləri bilərlər...”
Qeyd: Qalib Salahzadənin villasının qapısının hörülməsi barədə xəbəri Qaynarinfo.az yayıb.