Rusiya Müdafiə Nazirliyinin idarə rəisi həbsə göndərilib (YENİLƏNİB)

24-05-2024, 11:14           
Rusiya Müdafiə Nazirliyinin idarə rəisi həbsə göndərilib (YENİLƏNİB)
Rusiya Müdafiə Nazirliyinin dövlət müdafiə sifarişlərinin təmin edilməsi departamentinin rəhbəri rəis Vladimir Verteletskiyə qarşı dövlət sifarişlərinin icrasında vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb .

İstintaq Komitəsinin hərbi istintaq orqanlarının məlumatına görə, Verteletski 2022-ci ildə tamamlanmamış işləri hökumət müqaviləsi əsasında inkişaf işlərinin bir hissəsi kimi qəbul edib. Təqsirləndirilən şəxslərin qanunsuz hərəkətləri nəticəsində dövlətə 70 milyon rubldan çox ziyan dəyib.

İstintaqın tələbi ilə məhkəmə Verteletski barəsində həbs qətimkan tədbiri seçib.

Mayın 23-də Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi , general Vadim Şamarin xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru