Daha 3 qurum Startap şəhadətnaməsi alıb

2-07-2024, 15:14           
Daha 3 qurum Startap şəhadətnaməsi alıb
Bu gün "Startap şəhadətnaməsi"nin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti toplantısı keçirilib.
Toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya sənəd təqdim edən 5 sahibkarlıq subyektinin müraciətinə baxılıb.
İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər.
Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 3 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə edilib.
Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.
İndiyədək 164 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib.
Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
Osman Gunduz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru