İsrail ordusu terror aktı törədən bir radikalın məhv edildiyini açıqlayıb

2-09-2024, 12:36           
İsrail ordusu terror aktı törədən bir radikalın məhv edildiyini açıqlayıb
Hebronda keçirilən xüsusi əməliyyat zamanı İsrail hərbçiləri üç İsrail polisinə hücumda şübhəli bilinən fələstinli radikalı öldürüb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hərbçilər şübhəlinin gizləndiyi evi mühasirəyə alıb, daha sonra atışma zamanı onu öldürmək mümkün olub. Onun üzərindən “M-16” markalı avtomat silah aşkar edilərək götürülüb.

Ordudan verilən məlumata görə terrorçu Hebron yaxınlığında yerləşən Fələstinin İdna qəsəbəsinin sakini, 31 yaşlı Məhəmməd əl-Asuddur. O, Fələstinin FƏTH hərəkatı ilə əlaqəli olub və əvvəllər Fələstin Prezident Qvardiyasında və Fələstin təhlükəsizlik xidmətlərində xidmət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru