Rusiya səfirinin kortejindən bir avtomobil Pakistanda minaya düşüb, ölənlər var

23-09-2024, 00:11           
Rusiya səfirinin kortejindən bir avtomobil Pakistanda minaya düşüb, ölənlər var
Rusiyanın Pakistandakı səfiri Albert Xorevin müşayiət edən avtomobil Hayber-Paxtunxva əyalətində minaya düşüb.

Bu barədə Rusiya diplomatik missiyası sosial şəbəkədə məlumat verib.

Bildirilib ki, bu gün Albert Xorev bir neçə digər diplomatla birlikdə İslamabad Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilmiş turizm sammitində iştirak edib.

“Müşayiət avtomobili Hayber-Paxtunxva əyalətinin Minqora şəhərindən hotelə gedərkən minaya düşüb, nəticədə bir neçə polis əməkdaşı yaralanıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, diplomatlar hadisə sonucunda xəsarət almayıblar.

Pakistan Xarici İşlər Nazirliyi öz növbəsində açıqlayıb ki, öndə gedən kəşfiyyat dəstəsinin polis maşını əldəqayırma partlayıcı qurğuya düşüb, nəticədə polis əməkdaşları həlak olublar.

“Diplomatik korpusun bütün üzvləri İslamabada sağ-salamat qayıdıblar”, – nazirlik diqqətə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru