РС-28 "Сармат"-ın dəhşətli partlayışı Moskvanın imicinə ağır zərbədir - FOTO

23-09-2024, 10:18           
РС-28 "Сармат"-ın dəhşətli partlayışı Moskvanın imicinə ağır zərbədir - FOTO
Rusiyanın "Plesetsk" kosmodromunda keçirilən nüvə başlıqlı qitələrarası "Sarmat" ballistik raket sınağı uğursuz və fəlakətli olub. "Sarmat" raketi Rusiya tərəfin yeni yaratdığı və həm, öyündüyü çox bahalı müasir nüvə silahıdır. Bildirilir ki, son anda, raket havaya qalxmamış, şaxtanın içində detonasiya etməklə partlayıb. Və partlayış xeyli tələfatı, dağıntı törədərək böyük çuxur yaradıb.
РС-28 "Сармат" - Rusiyanın ən yeni, 5-ci nəsil strateji, şaxta bazasında raket kompleksidir. Və raketinin uzunluğu 35m, start kütləsi 208 тon, uçan kütləsi 10 ton, uçuş məsafəsi 16 min km.
Təbii ki, bu hadisə Rusiya hərbi potensialı üçün dünyadakı imicinə zərbə vuran uğursuzluqdur! Sual yarada bilir ki, onun nüvə başlıqlı raketləri doğurdanmı real istifadə durumundadır? Digər, daha köhnə raketləri onda nə atış günündədir?
Hamısı, iqtisadi gücün hərbi iddiaya uyğunsuz olmasındandır. Ona görə Putin, Kreml Ukrayna ilə müharibəni buraxıb, öz iqtisadi-sosial həyat problemləri ilə məşğul olmalıdır. Gec olmadan!
Şəkildə kosmosdan çəkilən çuxurun görünüşü.
Ilqar Altay













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.