Bir ayda 52 məhbus: İranda edam hökmlərinin dəhşətli statistikası

24-09-2024, 17:44           
Bir ayda 52 məhbus:
İran həbsxalarında son bir ayda 52 məhbus dar ağacından asılıb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatının (HRANA) ölkədə insan haqlarının pozulması ilə bağlı son aylıq hesabatında məlumat verilib.

Bildirilir ki, daha 14 məhbusa ölüm hökmü çıxarılıb. Dörd məhbusun isə edam cəzası təsdiqlənib.

Təşkilat qeyd edib ki, İranda cari il ərzində 15-i qadın olmaqla 438-dən çox məhbusun ölüm hökmü icra edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru