QAZ ov və kempinq üçün yolsuzluq avtomobili buraxıb

24-09-2024, 15:57           
QAZ ov və kempinq üçün yolsuzluq avtomobili buraxıb
Rusiyanın Qorki Avtomobil Zavodu (QAZ) ov və kempinq üçün yeni "Soboli NN" yolsuzluq avtomobilini nümayiş etdirib.

Oxu.Az Motor.ru-ya istinadən xəbər verir ki, tünd-yaşıl rəngdə olan yolsuzluq avtomobili ilk növbədə arxa hissəsinin genişliyi ilə seçilir.

Avtomobilin arxa hissəsindəki üçnəfərlik oturacaqdan çarpayı düzəltmək mümkündür, həmçinin, nəqliyyat vasitəsi mətbəxlə də təmin edilib.

Hələlik avtomobilin qiyməti haqqında məlumat verilməyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru