Korpusu parça-parçadır: Batan "Titan" batiskafının videosu ortaya çıxdı VİDEO

Bu gün, 16:08           
Korpusu parça-parçadır: Batan "Titan" batiskafının videosu ortaya çıxdı  VİDEO
Ötən il okeanda faciəvi şəkildə batan "Titan" batiskafının qalıqlarının şok edici kadrları yayımlanıb.

Oxu.Az-ın focus.ua-ya istinadla verdiyi məlumata görə, kadrları ABŞ Sahil Mühafizəsi paylaşıb.

Bildirilir ki, görüntülər sahil mühafizəsinin idarə olunan dronu tərəfindən çəkilib.

Videoda "Titan"ın məhv olmuş gövdəsi, həmçinin gəminin ön və arxa hissəsində quraşdırılmış xarakterik sferik günbəzləri qeydə alınıb.

Bundan əvvəl dərc edilmiş kadrda "Titan"ın nisbətən bütöv qalan quyruq bölməsi nümayiş olunmuşdu.

Qeyd edək ki, qəza yerindən videonun yayımlanması "Titan" faciəsi ilə bağlı dinləmələrin başlanması ilə əlaqədardır.

Araşdırmanın mərkəzində "Titan"ın məxsus olduğu "OceanGate" şirkətinin keçmiş baş direktoru Stokton Raş dayanır. O, öz batiskafında hamı ilə birlikdə həlak olub. Hələ sağlığında Raş yüksək təhlükəsizlik qaydalarını "boş xərclər" hesab edirdi və iddia edirdi ki, belə qaydalar innovasiyaları boğur.

"OceanGate"nin rəhbəri hətta təhlükəsizlik məsələlərindən narahat olan öz mühəndisinə qarşı məhkəməyə müraciət etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.