“Hizbullah”ın daha bir komandiri öldürüldü

25-09-2024, 09:14           
“Hizbullah”ın daha bir komandiri öldürüldü
İsrail Hərbi Hava Qüvvələrinin Beyruta raket zərbəsi endirməsi nəticəsində “Hizbullah” hərəkatının raket qüvvələrinin komandiri İbrahim əl-Qubaisi məhv edilib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Onunla birlikdə bu terror təşkilatının raket birləşmələrinin digər aparıcı liderləri də hücuma məruz qalıb”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə “Hizbullah” hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Akil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru