İlk görüntülər: "Honda" yeni krossoverini "off-road" versiyasında nümayiş etdirdi

26-09-2024, 16:24           
İlk görüntülər: "Honda" yeni krossoverini "off-road" versiyasında nümayiş etdirdi
"Honda" şirkəti yeni "Passport TrailSport" krossoverinin tezliklə çıxacağını xatırladıb.

"Tarantas News"-ın verdiyi məlumata görə, yaponlar modelin sınaqlarından kamuflyajda çəkilmiş görüntülərini paylaşıblar.

Yeni krossover haqqında hələlik az məlumat var. "Passport" 3.5 litr həcmli V6 mühərrikini saxlayacaq, lakin onun gücü hazırkı 284 at gücündən artıq olacaq. Avtomatik ötürmələr qutusunda bir pillə artıq - 9 əvəzinə 10 olacaq.

"Honda Passport"un yeni nəslinin premyerası bu payızda gözlənilir. Avtomobilin qlobal bazara gələn il satışa çıxarılacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru