"Ford" unikal avtomobili üçün lotereya keçirir

26-09-2024, 18:04           
"Ford" unikal avtomobili üçün lotereya keçirir
"Ford" unikal "Bronco Sasquatch Searcher" yolsuzluq avtomobilinin uduşu üçün lotereya elan edib.

Bu barədə motor.ru məlumat yayıb.

Yolsuzluq avtomobili qar adamını tapmaq üçün lazım olan hər şeylə təchiz olunub: Xarici diametri 35 düym olan təkərlər, uzun səyahət amortizatorları, əlavə işıqlandırma, həmçinin günəş örtüyü və bir cüt düşərgə oturacağı.

Məlumata görə, "Ford" şirkəti pərəstişkarlarını qar adamının axtarışına dəvət edib. "Sasquatch" paketi ilə adi "Bronco Badlands"ın qiyməti 57 min dollardan (təxminən 97 min manat) başlayır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru