"Elnur İsgəndərov yanan binanın üzlənməsində..." - Xaləddin İsgəndərovun oğlu haqda çok iddia

31-05-2015, 16:11           
"Elnur İsgəndərov yanan binanın üzlənməsində..." - Xaləddin İsgəndərovun oğlu haqda çok iddia
Binəqədi İcra Hakimiyyəti başçısı çətin seçim qarşısındadır.

Bu barədə məlumatda bildirilir ki, Xaləddin İsgəndərovun işdən çıxması ilə bağlı ərizə yazaraq postundan getməsi tələb olunub.

İcra başçısının diqqətinə çatdırılıb ki, əks halda öz müavinlərini qurban verməlidir. Ağır dilemma qarşısında qalan icra başçısının hansı addımı atacağı sirr olaraq qalır.

Mənbə iddia edir ki, X.İsgəndərovdan iki müavini Binəqədi faciəsinin təqsirkarları kimi işindən getməlidir.

Həmin binaların təmir olunmasına nəzarət RİH-nin şöbə müdirləri, hazırda həbsdə olan Ədalət Rəcəbov, həmçinin Ramiz Göyüşov və Gənclər İdman İdarəsinin rəhbəri Qüdsi Bayramova həvalə olunub. Odur ki, onların özünü qoruması üçün qurban verəcəyi istisna olunmur.

Qaynağımız qeyd edir ki, icra başçısının oğlu Elnur İsgəndərovun tezalışan üzlük biznesində əlinin olması X.İsgəndərovu daha da çətin vəziyyətə salıb. Yanan binanın sakinləri isə İcra hakimiyyətini və şəxsən Xaləddin İsgəndərovu məhkəməyə verəcəklərini bildiriblər.


Xatırladaq ki, 15 nəfərin ölümünə səbəb olan dəhşətli yanğından sonra şəhərdəki binalarda poliuteran üzlüklər sökülür.

Tia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.