Rusiyada kranla "əyləncə": Fəhlələrdən təhlükəli şou VİDEO

20-05-2025, 16:57           
Rusiyada kranla "əyləncə": Fəhlələrdən təhlükəli şou VİDEO
Rusiyanın Primorsk diyarında tikinti meydançasında təhlükəli hadisə baş verib. Belə ki, tikinti kranında çalışan fəhlələrdən biri digərinə kranı "attraksiona" çevirərək havada yellənmək "zövqü" yaşadıb.

Bu barədə "112" "Telegram" kanalı xəbər verib.

Hadisə sosial şəbəkələrdə yayılan görüntülərdən sonra ictimaiyyətin və hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Məlum olub ki, kran operatoru spirtli içki qəbul etdikdən sonra həmkarına "quş uçuşu" hündürlüyündə kranla yellənmək imkanı yaradıb.
Polislər hadisə yerinə gedərək yoxlamalar aparıblar. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Sərxoş vəziyyətdə kran idarə edən şəxsə qarşı hüquqi tədbirlərin görüləcəyi gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru