Mədənçıxarma sənayesinə investisiyalar azalıb: 4 Ayda yatırımlar 1,43 milyard manata düşüb

20-05-2025, 16:08           
Mədənçıxarma sənayesinə investisiyalar azalıb: 4 Ayda yatırımlar 1,43 milyard manata düşüb
Azərbaycanda bu ilin ilk dörd ayında mədənçıxarma sənayesinə qoyulan investisiyalarda azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, yanvar-aprel ayları ərzində bu sahəyə cəmi 1 milyard 431 milyon manat həcmində vəsait yönəldilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 116 milyon manat və ya 7,5 faiz azalma deməkdir.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə mədənçıxarma sənayesinə 1 milyard 547 milyon manat sərmayə yatırılmışdı.

Mədənçıxarma sahəsi üzrə əsas kapitala qoyulan investisiyalar ümumi investisiya həcminin 28,2 faizini təşkil edib ki, bu da sektorun iqtisadiyyatda mühüm paya sahib olduğunu göstərir.

Ümumilikdə, cari ilin ilk dörd ayında ölkənin sənaye sahəsinə yönəldilən investisiyaların həcmi 2 milyard 183 milyon manata bərabər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru