Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika bunu göstərir

20-05-2025, 16:06           
Hər il 8 milyon insan tütün səbəbindən ölür -
"Son 20 ildə tütünçəkmənin qlobal yayılması 30 faiz azalıb".

"RİA Novosti" agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

Onun sözlərinə görə, bu nəticələr 20 il əvvəl qəbul edilmiş Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası sayəsində mümkün olub.

Baş direktor bildirib ki, ötən 20 ildə dünyada tütünçəkmənin yayılması təxminən üçdə bir dəfə azalıb və hazırda tütün istifadəçilərinin sayı 300 milyon nəfər azdır.

Qeyd edək ki, hər il səkkiz milyondan çox insan tütündən istifadə nəticəsində həyatını itirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru