Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır

Bu gün, 15:58           
Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
Böyük Britaniyanın Surrey Universiteti və Almaniyanın Hamburq Universitetinin alimləri sosial robotları insan iştirakı olmadan öyrətmək və sınaqdan keçirmək üçün yeni bir üsul hazırlayıblar. Bu texnologiya robotların insanlarla ünsiyyət qurmaq qabiliyyətini daha tez və geniş miqyasda inkişaf etdirməyə imkan verir.
Bu barədə "International Conference on Robotics and Automation" konfransında məlumat verilib.

Sosial robotlar hazırda təhsil, səhiyyə və müştəri xidməti kimi sahələrdə işlədilir. Onlar insanlarla danışmaq, jest və mimika vasitəsilə ünsiyyət qurmaq üçün hazırlanıb.

Alimlərin hazırladığı yeni üsul robotlara insanın müəyyən sosial vəziyyətlərdə hara baxacağını "təxmin etməyə" imkan verir. Yəni robot sanki insanın baxışlarını təqlid edir. Bu üsulun işlədiyini sübut etmək üçün alimlər açıq mənbədən iki fərqli məlumat bazasından istifadə ediblər və nəticədə robotların göz hərəkətləri insanınkına bənzər olub. Bu model səs-küylü və dəyişkən mühitlərdə belə düzgün işləyib.

Alimlər bildirirlər ki, bu texnologiya daha çevik və insanla daha rahat ünsiyyət qura bilən robotların yaradılmasına imkan verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.