Ceyhun Yusifovun vəkillik fəaliyyəti dayandırıldı

30-11-2024, 11:44           
Ceyhun Yusifovun vəkillik fəaliyyəti dayandırıldı
Tanınmış vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyəti dayandırılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə C. Yusifovun fəaliyyəti 1 il müddətində dayandırılıb.

Buna səbəb kimi çoxsaylı vətəndaşlardan daxil olmuş şikayətlər, vətəndaşlardan xidmət haqları alaraq onlara xidmət göstərməməsi, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə proseslərinin birində hakim Samir Əliyevə qarşı hörmətsizlik etməsi, vəkillərin etik davranış qaydalarına zidd olaraq intizamsızlıq nümayiş etdirməsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru