FTB “Apple” və “Android” istifadəçilərinə xəbərdarlıq etdi: “Bir-birinizə mesaj yazmayın!”

7-12-2024, 11:44           
FTB “Apple” və “Android” istifadəçilərinə xəbərdarlıq etdi: “Bir-birinizə mesaj yazmayın!”
Son zamanlar bütün dünyada olduğu kimi ABŞ-da da sürət qazanan kiberhücumlardan sonra Federal Təhqiqatlar Bürosu (FTB) həm “Apple”, həm də “Android” istifadəçilərinə ciddi xəbərdarlıq edib.

Amerika Kəşfiyyat İdarəsi və CISA kommunikasiya təhlükəsizliyi üçün kritik bir addım atılmalı olduğunu bildirdi və RCS və ya SMS əvəzinə şifrəli proqramlardan istifadə etməyi tövsiyə etdi.

Amerika Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, “iPhone” və “Android” cihazları arasındakı mesajlar xarici haker qrupları tərəfindən asanlıqla ələ keçirilə bilər. Çinlə əlaqəsi olduğu iddia edilən “Salt Typhoon” adlı kibercasusluq hərəkatının telekommunikasiya şəbəkələrinə ciddi ziyan vurduğu iddia edilir.

Təhlükəsizlik mütəxəssisləri kommunikasiya proqramlarında şifrələmə texnologiyasından istifadə etməyi tövsiyə edirlər. “Signal”, “WhatsApp”, “Telegram” və hətta “Facebook Messenger” kimi populyar proqramlar istifadəçiləri bu cür təhlükələrdən qorumaq üçün ən yaxşı variantlardan biridir.

Bundan əlavə, FTB həmçinin bildirib ki, cihazların müntəzəm sağlamlığı yoxlanılmalı və köhnə mesajlar və istifadə olunmamış proqramlar silinməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.