«Gəncədə aptekdə müştərilərə aşkar şəkildə uyuşdurucu dərmanlar satılır – Redaksiyamıza şok videomaterial daxil oldu« VİDEO

2-06-2015, 15:24           

teref.az olaraq ,üç ay bundan əvvəl Gəncə şəhərində «köhnə Yevlax avtovağzalı» deyilən ərazidə yerləşən bir aptekdən 07.03.2015-ci ildə

«Gəncədə aptekdə müştərilərə aşkar şəkildə uyuşdurucu dərmanlar satılır – Redaksiyamıza şok videomaterial daxil oldu«
başlıqlı yazı yazmışdıq. Videonun müəllifi iddia edirdi ki, bu aptekdə qanunsuz olaraq reseptsiz psixotrop dərmanlar satılır. Videoda müraciət edən vətəndaş aptekə daxil olur və heç bir resept təqdim etmədən psixatrop dərman ala bilir. Videodan da göründüyü kimi aptekdə reseptsiz satışı qadağan edilmiş «Lirika» dərmanlarının satışı də həyata keçirilir. Müştərilər heç bir maneə ilə üzləşmədən aptekə daxil olur və istədikləri psixatrop dərmanları əldə edirlər.

Gəncə şəhərindən bizə verilən çəlumata görə aradan 3 ay keçməsinə baxmayaraq aptek yenə köhnə işçiləri ilə eyni qaydada işini davam etdirir. Arxasının möhkəm olduğunu deyən aptek müdürü ona heç kimin heç nə edə bilməyəcəyini deyir. Hər halda inanırıq ki, bu apteklə bağlı ölçü götürüləcək

teref.az olaraq aptekdə gedən şıdırğa alverin videosunu təqdim edirik.

teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru