Elmar Vəliyev Gəncədə özünə güvənən sahibkar qoymayıb."- ŞİKAYƏT

2-06-2015, 22:20           
Elmar Vəliyev Gəncədə özünə güvənən sahibkar qoymayıb."- ŞİKAYƏT
Bir neçə gün əvvəl Məhəmmədəmin Rəsulzadənin başına çuval keçirilməsi səbəbindən diqqətə gələn Gəncənin icra başçısı Elmar Vəliyev bu dəfə gəncəli sahibkarları incitdiyindən şikayət obyektinə çevrilib. DİA.AZ bildirir ki, bir qrup gəncəli sahibkar başçının onlardan qanunsuz olaraq pul tələb etməsindən giley edirlər.

Narazı iş adamları yazır:

"Elmar Vəliyev özünü kifayət qədər toxunulmaz hesab edir. Hər yerdə prezidentin adından istifadə edir. Tədbirlərdə də açıq şəkildə bildirir ki, ona kimsə bata bilməz. Prezident isə bir neçə gün əvvəl neqativ hallarla bağlı ictimai nəzarətin vacibliyinə önəm verdiyini vurğuladı".

Sahibkarlar daha sonra dia.az-a yazırlar: "Biz də prezidentin bu çağırışından ruhlanaraq bildiririk ki, Elmar Vəliyev Gəncədə özünə güvənən sahibkar qoymayıb. Bu gün hər bir sahibkar başçıya aylıq haqq vermək məcburiyyətindədir. Bu pul toplama qanunsuzdur. Bilmirik, işimizi görək, yoxsa "Vəliyevin adamları gəlir" deyə həyəcan yaşayaq... Artıq neçəmiz xəstəlik tapıb. Hər şey bu adamın əlindədir. Polis də başçıya işləyir, Başçıdan qorxur. Halbuki icra hakimiyyətinin belə bir səlahiyyəti yoxdur".

Sahibkarlar bildirir: "Biz DİA.AZ vasitəsilə prezidentə müraciət edirik. Cənab prezident. Hər zaman Sizin çağırışlarınıza səs verməyə hazırıq. Gəncəlilər Sizi sevir və dəstəkləyir. Hər zaman da Sizin yolunuzda baş qoymağa hazırıq. Amma bu gün Elmar Vəliyevin Sizin yolunuzda başını qoymağa hazır olan oğulların başına elə bir oyun açır ki, başımızı qoymağa yer tapmırıq.

Konkret şikayətimiz qanunsuz olaraq hər ay tələb olunan aylıq pullarla bağlıdır. Bu məsələdə Vəliyevi durdurun. Sizdən xahişimiz budur"...

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.