Əfv sərəncamı kimlərə şamil ediləcək? - AÇIQLAMA

Bu gün, 08:14           
Əfv sərəncamı kimlərə şamil ediləcək? - AÇIQLAMA
"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək"- bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.

"Aprel ayında da iclaslarımız olacaq deyə, düşünürəm ki, əfv sərəncamı may ayında imzalana bilər", - deyə R.Məcid vurğulayıb.

Bəs görəsən əfv sərəncamı kimlərə şamil olunacaq?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Sonxeber.az -a bu barədə açıqlama verib:

"Çox istəyərdik ki, Novruz bayraminda əfv sərəncamı imzalansın. Ailələr bayramı öz sevdikləri ilə keçirsinlər. Eşitdiyimə görə hələki bu barədə ərizələr çoxdur. Yəqin ki, aprel, may aylarında sərəncam veriləcək.

Bizim siyahımızda jurnalistlər, bloggerlər, siyasi partiyalarin fəalları var. Bundan başqa Nardaran hadisələrində həbs olunanların da müddəti az qalır. Əfv sərəncamı onlara da şamil oluna bilər.

Bizə müraciət edənlərin arasinda sadə insanlar da var - həbs müddətinin yarısını və 2/3-ni keçənlər. İstəyərdik ki, onlara da azadlıq verilsin.

Ümumiyyətlə, çox istərdik ki, böyük amnistiya olsun və həbsxanalar yüngülləşsin.

Bu addım bizim dövlətə indiki zamanda çox lazımdır. Dünya bir-birinə qarışıb. Biz içəridə birlik olmalıyıq! Reformlar, milli barışıq - bunlarn hamısı milləti birləşdirən amillərdir. Biz özümüzü qorumalıyıq və icazə verməməliyik ki, bu məsələlərdə bizə Avropadan, Amerikadan tənqidlər olsun.
Onlar bizə həmişə yad kimi baxıblar. İllər ərzində bizim yaramiza zərrə köməklikləri olmayıb. Biz müharibəni zəfərlə bitirdiyimiz üçün daha çox aqressivləşdilər. Buna görə də, özümüz bütün məsələləri həll etməliyik. Həmçinin həbs məsələlərini də!"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.