"Heineken" oğurluğa görə bir zavodunu bağladı

22-03-2025, 17:34           
"Heineken" oğurluğa görə bir zavodunu bağladı
"Heineken" şirkəti Konqoda yerləşən pivə zavodunu davamlı qarətlər səbəbi ilə bağlayıb.

Son həftələrdə Konqo Demokratik Respublikasının (KDR) şərq hissəsində Ruanda ordusu tərəfindən dəstəklənən tusi üsyançıları ilə hökumət qüvvələri arasında şiddətli döyüşlər baş verib.

Münaqişə nəticəsində üsyançılar Qoma və Bukavu kimi əsas şəhərləri ələ keçiriblər. İğtişaşlar və Konqo təhlükəsizlik qüvvələrinin geri çəkilməsi fonunda yerli əhali "Heineken"in Bukavuda yerləşən pivə zavodunu qarət edib.

Cümə günü vəziyyət daha da pisləşib. Üsyançılar şirkətin anbarına hücum ediblər. Şiddətin artması və təhlükəsizlik ilə əlaqədar şirkət Konqonun şərq hissəsindəki bütün fəaliyyətini dayandırmaq qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru