Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib

31-03-2025, 11:24           
Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər ballistik raketdən istifadə edərək Tel-Əvivin Ben Qurion hava limanına növbəti dəfə hücum edib.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində bildirib.

"Raket Qüvvələri hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı "Zulfikar" tipli ballistik raketlə işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv - red.) Ben Qurion hava limanını vurublar. Husilərin rəhbərlik etdiyi silahlı qüvvələrin nümayəndəsinin sözlərinə görə, əməliyyat uğurla başa çatıb", - məlumatda bildirilib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndən atılan raketi ölkənin hava məkanına daxil olmazdan zərərsizləşdirdiyini bildirib. İsrailin bəzi bölgələrində, o cümlədən Təl-Əvivdə hava hücumu xəbərdarlığı edilib. (Oxu.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru