Avropa şərablarında təhlükə: Zərərli kimyəvi maddələr kəskin artıb

24-04-2025, 12:12           
Avropa şərablarında təhlükə: Zərərli kimyəvi maddələr kəskin artıb
2010-cu ildən sonra istehsal olunmuş Avropa şərablarında "əbədi kimyəvi maddələr"dən hesab olunan triftor sirkə turşusunun (TFA) miqdarı kəskin artıb.

"The Guardian"xəbər verir ki, bu nəticələr "Pesticide Action Network Europe" (PAN Europe) təşkilatının araşdırmasında əksini tapıb.

TFA pestisidlərdə və digər məhsullarda istifadə olunan bir maddədir.

Araşdırma zamanı 1974-2024-cü illər arasında istehsal olunmuş 49 şərab nümunəsi təhlil edilib və 1988-ci ilə qədər istehsal olunmuş şərablarda TFA izinə rast gəlinməyib. 2010-cu ildən etibarən isə bu maddənin miqdarında kəskin artım müşahidə olunub.

Araşdırma, həmçinin göstərir ki, TFA təbii şəkildə parçalanmır və su ilə təmizlənmir.

Yüksək TFA ehtiva edən şərablarda həm də normadan xeyli artıq pestisid qalıqları aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru