İranda limandakı partlayışa görə iki nəfər saxlanılıb

5-05-2025, 10:18           
İranda limandakı partlayışa görə iki nəfər saxlanılıb
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayışla bağlı iki nəfəri həbs edib.

Bu barədə SNN agentliyi məlumat yayıb.

“İstintaq zamanı bir neçə şübhəli şəxs müəyyən edilib. Nəticədə dövlət qulluqçusu kimi tanınan bir rəhbər və özəl şirkətdən bir menecer saxlanılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, aprelin 26-da Fars körfəzi sahillərində yerləşən dəniz limanının ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayış baş verib.

Partlayış nəticəsində təxminən 70 nəfər ölüb, 1200 nəfər isə xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru