Nazirlik Gəncə Dövlət Universitetində yoxlama aparmaq qərarını verib - 200-dən artıq şikayət faktı var

4-06-2015, 20:20           
Nazirlik Gəncə Dövlət Universitetində yoxlama aparmaq qərarını verib - 200-dən artıq şikayət faktı var
Gəncə Dövlət Universitetində baş verən özbaşınalıqlar nəhayətdə təhsil nazirliyinin də diqqətini cəkb etdi. Bu barədə DİA.AZ-a nazirlikdəki bilgili qaynaqlar informasiya ötürüb.

Xəbəri verən mənbə iddia edir ki, universitetin rektoru başda olmaqla bir neçə aparıcı müəllimin fəaliyyətindən olan narazılıqlarla bağlı məsələ bir neçə gün əvvəl "yuxarılarda" müzakirə olunub və bununla əlaqədar təhsil nazirliyinə tapşırıq verilib.

Mənbənin dia.az-a söylədikləri: "Söhbət rüşvət və korrupsiya faktlarından, həmçinin digər qanun pozuntularından gedir. Ortada real olaraq 200-dən artıq şikayət edilmiş fakt var ki, bu istiqamət üzərə araşdırma aparılacaq".

Olay diqqətimizdədir. Bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru