Putin bu şəxsi Quru Qoşunlarının yeni baş komandanı TƏYİN ETDİ (FOTO)

16-05-2025, 09:08           
Putin bu şəxsi Quru Qoşunlarının yeni baş komandanı TƏYİN ETDİ (FOTO)
Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni baş komandan təyin olunub. Bu vəzifəyə general-polkovnik Andrey Mordviçev gətirilib.

Bu barədə məlumatı Mash teleqram kanalı yayıb. Bildirilir ki, əvvəlki baş komandan Oleq Salyukov yaş həddinə görə vəzifədən azad edilib. Qeyd edək ki, Salyukovun 21 mayda 70 yaşı tamam olacaq.

Yeni təyinat alan Mordviçev bundan əvvəl Rusiya Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komandiri olub. Onun rəhbərliyi altında birləşmələr Ukraynadakı müharibənin cənub istiqamətində fəaliyyət göstərib.

Xatırladaq ki, Mariupolun ələ keçirilməsi də məhz Mordviçevin komandanlığı altında həyata keçirilmişdi. Ukrayna isə bir müddət əvvəl onun öldüyünü iddia etmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru