Cəbrayil İcra başçısından müavini şəhid anasının adından saxtakarlıq

4-06-2015, 22:42           
Cəbrayil İcra başçısından müavini şəhid anasının adından saxtakarlıq
Şəhid Samir Əliyevin atası Qədir Əliyevin ağır xəstə olduğu, maddi imkansızlıq üzündən müalicə ala bilmədiyinə dair məlumat yayılmışdı.

Cəbrayıl rayon İcra Hakimiyyətinə edilən müraciətin də xeyri olmayıb. Bu səbəbdən Cəbrayıl İcra Hakimiyyəti guya, durumu düzəltmək əvəzinə, işi daha da yoxuşa sürüb. Nəticədə qalmaqala səbəb olan olay yaşanıb. Belə ki, icra başçısının müavini Arif Fərzəliyev şəhidin anası Aminə Baxşəliyevanın adından yalan məlumat yayıb və orada Cəbrayıldan olan gənclərin guya şəhid ailəsi adından «sui-istifadə» etdikləri iddia edib. Lakin sonradan məlum olub ki, bu işlər təşkil edilib.
Məsələ ilə bağlı açıqlama verən və adı «sui-istifadəçilər» sırasında yer alan Azər Telmanoğlu JAM.AZ-a bildirib ki, Facebookda müzakirəyə o çıxarıb. Məqsədi də rayonun məsul şəxslərini prosesə cəlb etmək olub. “Amma yenə maraqlanan olmadı. Məcbur olub "Qarabağ əlilləri və şəhid ailələri" İB Cəbrayıl şöbəsinin sədrinə zəng vurdum. Səbuhi müəllimlə danışdıq. Problemdən xəbərdər oldu, aidiyyəti orqanlara çatıracaqına söz verdi. Bir müddət sonra zəng vurub bildirdi ki, səhər saat 10:00 da (Söhbət 1 iyunda olub) analiz və resepti İcra Hakimiyyətinin müavini Arif Fərzəliyevə ver xərcləri qarşılayacaq. Az sonra Əlisoy Əliyev də zəng vurub Fərzəliyevin yanına getməyimi xahiş etdi. Məndə işdən icazə almadan icraya getdim. Saat 10:00 dan 11:00 qədər gözlədim Arif müəllim gəlmədi. Məcbur olub zəng vurdum Arif müəllimə bu gün gəlməyəcəyini analiz və resepti köməkçisinə verməyimi bildirdi. Məndə bunan imtina edib geri qayıtdım”. A.Telmanoğlu bildirib ki, şəhid ailəsinin adınan açıqlamanı yayan Cəbrayıl icra başçısının müavini Arif Fərzəliyev olub. “Arif Fərzəliyevin diqqətinə çatdırım ki, biz gənclər hər zaman bu ailəni diqqətdə saxlamışıq, gücünüz çatan qədər köməklik etmişik. Qədir kişi Müşfiq qəsəbəsində ev alanda onun ev əşyaların boşatmaq üçün sizi orda görmədim, ay müavin. Bir «Kamaz» ev əşyaların mən və qonşunun uşaqları boşaltdı və bunun üçün yüzlərlə şahidim var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.