Lukaşenko: "Belarus ətrafında gərgin vəziyyət hökm sürür"

11-06-2025, 08:14           
[img]https://teref.az/uploads/posts/2025-06/1749576372_1.jpg[/img
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsi ətrafında qeyri-sabit və gərgin vəziyyətin hökm sürdüyünü bildirib.
APA xəbər verir ki, bu barədə "BELTA" məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, bir sıra ölkələr Belarusun Baltik dənizi vasitəsilə ticarət əlaqələrini pozmaqla hədələyir:

“Artıq bəzi dövlətlər Baltik dənizini bloklamaqdan danışır, guya ticarət gəmilərimizi buraxmayacaqlar. Biz əvvəllər Litva və Latviya üzərindən ticarət aparırdıq, indi isə bu azğınlar bizi oraya buraxmırlar. Hazırda Leninqrad vilayətinin limanları vasitəsilə Baltik dənizindən istifadə edirik. İndi deyirlər ki, guya Danimarka yaxınlığında keçidi bağlayacaqlar. Biz buna göz yumacağıq? Bizə qarşı belə rəftar etmələrinə imkan verəcəyikmi? Ticarət gəmilərini hərbi gəmilər müşayiət edəcək.”

Lukaşenko bu cür təzyiqləri qəbuledilməz saydığını və Minsk-in belə addımlara cavabsız qalmayacağını əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru