Zelenski: Ukrayna ayda 27 minə qədər insanı səfərbər edə bilər

11-06-2025, 07:45           
Zelenski: Ukrayna ayda 27 minə qədər insanı səfərbər edə bilər
Ukrayna ayda 27 min, Rusiya isə 40-50 min nəfər səfərbər edə bilər.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Səfərbərlik istənilən müharibədə problemdir. Ukrayna da istisna deyil, ancaq biz müharibənin bitməsini istəyirik. İnsanlar yorulur. Biz ayda 27 min, ruslar isə 40-50 min nəfəri səfərbər edə bilər”, – Zelenski bildirib.

Digər ölkələrin bəzi liderlərinin Ukraynada səfərbərliyin 18 yaşdan başlaması ilə bağlı bəyanatlarına münasibət bildirən prezident bunu zəruri hesab etmədiyini vurğulayıb.

“Hörümçək toru” əməliyyatı göstərdi ki, əsas olan insanların sayı deyil, silah və texnologiya, eləcə də pul və təzyiqdir. Sanksiyalar isə məhz rusların müharibəni maliyyələşdirdiyi pullara yönəldilə bilərdi”, – Zelenski izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru