Bu vitamin insanı daha gənc göstərir

11-06-2025, 09:08           
Bu vitamin insanı daha gənc göstərir
Alimlər müəyyən ediblər ki, D vitamini qəbulu bioloji qocalmanı azı üç il ləngidə və insanı daha gənc göstərə bilər.Tədqiqat "American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.Corciya Tibb Kollecinin mütəxəssisləri tərəfindən aparılan araşdırmada 25 mindən çox insan iştirak edib. 1054 iştirakçıdan ibarət alt qrupda D3 vitamininin orqanizmə təsiri öyrənilib. Məlum olub ki, vitamin qəbul edənlərin orqanizmində hüceyrələr gec qocalır.Bildirilir ki, D vitamini immunitet və sümüklər üçün faydalı olsa da, onun depressiya və virus infeksiyalarına (məsələn, COVID-19-a) təsiri hələ sübut olunmayıb.Alimlər yüksək dozada D vitamini qəbul etməzdən əvvəl həkimə müraciət etməyi məsləhət görürlər. /Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru