Türkiyədə bayram günlərində baş verən yol qəzalarında 40-dan çox adam ölüb

11-06-2025, 08:24           
Türkiyədə bayram günlərində baş verən yol qəzalarında 40-dan çox adam ölüb
Türkiyə Qurban bayramı günlərində baş verən yol qəzalarında 40-dan çox insan ölüb, 6 300-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

"Qurban bayramı günlərində (5-9 iyun) 3 913 yol-nəqliyyat hadisəsi baş verib ki, bu qəzalarda 44 vətəndaş hadisə yerində ölüb, 6 370 nəfər isə xəsarət alıb", - nazir qeyd edib. O vurğulayıb ki, hadisələrin yarısında ölümə səbəb sürət həddinin aşması olub.

Qeyd edək ki, A.Yerlikaya Qurban bayramının ilk üç günündə 26 nəfərin yol qəzalarının qurbanı olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru