Kumanlar - sarıcalılar ( sarı türklər )

Bu gün, 11:54           
Kumanlar - sarıcalılar ( sarı türklər )
Türk boyları içində öz yeri olan boylardan biri də Kumanlar olmuşdur. Tarixi mənbələr kuman boylarının miladdan öncəki minillikdə üç müxtəlif regiona - Kiçik Asiyada, Dəclə sahilidə, Qafqazda olduğuğu göstərilir. Bir çox qaynaqlara görə kuman sözü qədim türk dilində kürən, sarışın mənasını verir. Kumanlar həm də sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adı daşıyan soylarla əlaqəsi olduğunu qeyd edən tədqiqatçılar da vardır. Rus abidələrində sarışın (polovets) kimi tanınan kumanlar alman yazılarında da eyni anlamda (Falben) xatırlanır. Maraqlıdır ki, məşhur kuman bəyi Şarukan (Sarıxan) adında da həmin anlam var. Bu yerdə ildirək ki, Ağdamın Sarıcalı kəndi də var. Doğrudur, Sarıcalı kəndininin adının Cavanşirlərdən Sarı Alının adından götürüldüyü bildirilir. Amma ola bilsin ki, bu kən də kumanlarla bağlılığı var. Bu haqda daha dəqiq bilgiləri dəyərli alimimiz, kumanların araşdırmaçılarından olan sayın Firudin bəy daha gözəl bilər.
Kumanların yaşadığı bölgələrdən biri də Göyçə gölü sahili idi. Onlar indiki Basarkeçər bölgəsinin qədim sakinləri idi. Dəryal keçidində gürcü arxeoloqlarının axtarışı ilə üzə çıxan Kuman qalası da m.ö. VII–VI əsrlərdə salınmışdır. İbundan başqa, Lənkəran bölgəsində 3 Kumanlı kəndi də var. Assur yazılarında Kammanu, Urartu yazılarında Qamana şəklində verilən ölkə indiki Malatya ilini əhatə edirdi. Kummanni, Kummaneşmax toponimləri Boğazköy kitabələrində də vardır.
E.ə III – II minillərdə sami və hurri tayfalarının təzyiqi ilə dağılmış Subar boyları konfederasiyasından qalan bəzi boyların Şimali İkiçayarası (Mesopotamiya) bölgələrdə və Fərat çayının qərb sahillərində yerləşdiyini görmək olur. Belə boylardan biri də kumanlardır. Fəratın arxasına keçən kumuq və kuman boyları bir müddətdən sonra yerli tayfaların içində əriyib getdi, lakin uzun müddət onların yerləşdiyi ərazilər Kumuq və Kuman ölkəsi kimi tanındı.
Qaynaqlar :
F. Cəlilov – Azər xalqı, II nəşri
"Batı Anadolu’daki Türk Yayılışına Karşı Bizans İmparatorluğu’nun Kuman-Alan Topluluklarını Balkanlardan Anadolu’ya Nakletmesi"
"Bizans Ordusunda Ücretli Türk Askerler (XI.-XII. Yüzyıllar)", Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi.
"IV. Haçlı Seferi’nin Ardından Batı Anadolu’da Mücadele Eden İki Rakip: İstanbul Latin Krallığı ve İznik İmparatorluğu", Cihannüma Tarih ve Coğrafya Araştırmaları Dergisi
С.А.Плетнева. Половцы.
АВИИУ – И. M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории"
ВИИУ – И. M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории"
АВИИУ – И. M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории"
И.И. Mещанинов. Аннотированный словарь Урартского (Биайнского) языка.
M.Afət












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru