Britaniya Ukraynaya 2 milyard funt-sterlinq vəsait ayırdı
Bu gün, 17:44
Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt-sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir. Bildirilib ki, bu vəsait Ukrayna Silahlı Qüvvələrinin təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün hərbi texnikanın tədarükünə aiddir.