Uçot dərəcəsinin sabit saxlanılacağı ehtimalı yüksəkdir — AÇIQLAMA

Bu gün, 11:18           
Uçot dərəcəsinin sabit saxlanılacağı ehtimalı yüksəkdir — AÇIQLAMA
“Düşünürəm ki, hələlik Mərkəzi Bank mövcud siyasətin davam etdirilməsi və proseslərin gedişatının izlənilməsi üçün daha çox vaxt qazanma, xüsusən ilin son rübündə meydana çıxa biləcək fluktuativ məsələləri həll etmə məqsədi ilə gözləmə mövqeyinə üstünlük verəcək”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bir çox faktorları nəzərə alsaq, uçot dərəcəsinin sabit qalacağı ehtimalı çoxdur:

“Mövcud iqtisadi konyukturu nəzərə alsaq, xüsusən inflyasiya səviyyəsində azalan istiqamətli çox kiçik simptomların olması, ilin növbəti dövründə inflyasiyanın ənənəvi faktorlar səbəbindən artması istiqamətində gözləntilər, neftin qiyməti və eyni zamanda qlobal geosiyasi vəziyyət, daxili iqtisadiyyatda mövcud dinamika nəzərə alınmaqla, tədiyyə balansının komponentləri üzrə dəyişmə dinamikası diqqətdə saxlanmaqla, region ölkələrindəki, əsas xarici ticarət tərəfdaşlarındakı bazar konyukturu və milli valyuta dinamikaları əsas götürülməklə Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması istiqamətində qərar qəbul edəcəyi ehtimalını yüksək görürəm”.

Xatırladaq ki, sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru