Abşeron rayon Məhəmmədi kənd məktəbinin direktoru müəlliməsi ilə bağlı niyə açıqlama vermir?
Bu gün, 15:12

Abşeron rayonunun Məhəmmədi kənd tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərən Cəfərova Şəbnəm Sabir qızı ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan məlumatlar cəmiyyətin ciddi müzakirə mövzusuna çevrilib. İddialara görə, adıçəkilən müəllimə şəxsi münasibətləri və davranışları ilə bağlı bəzi etik suallar doğurub.
Məsələ ilə bağlı tərəflər tərəfindən təqdim edilən video-materiallarda Şəbnəm Cəfərova və Nurlan Babayev adlı şəxsin birlikdə yaşadıqları özləri tərəfindən etiraf edilib. Bu münasibətin ailəli şəxsin ailə həyatına mənfi təsir göstərdiyi, həmçinin digər hüquqi iddiaların istintaqa cəlb olunduğu bildirilib.
Hazırda Sabunçu Rayon Polis İdarəsində baş verənlərlə bağlı araşdırma aparılır və məsələ hüquqi qiymətini gözləyir. Müəllimlərin cəmiyyət üçün nümunəvi davranış sərgiləməsinin vacibliyi nəzərə alındıqda, bu cür hallara peşə və etik normalar baxımından da diqqətlə yanaşmaq tələb olunur.
Məktəb rəhbərliyindən isə məsələyə dair hələlik rəsmi açıqlama verilməyib. Qeyd edək ki, müvafiq dövlət qurumları hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Məsələ ilə bağlı Məhəmmədi kənd tam orta məktəbin direktoru məlumat verilmişdir. Lakin direktor məsələyə münasibət bildirməkdəbsə susmağa üstünlük verib.
Redaksiyadan: Məktəblərdə çalışan pedaqoqların şəxsi həyatları ilə bağlı yayılan məlumatlar həssaslıqla və obyektiv şəkildə araşdırılmalıdır. Eyni zamanda, hüquqi prosedurlar tamamlanmadan qəti nəticə çıxarmaq doğru olmaz. Əsas hədəf – təhsilin keyfiyyəti və gənc nəslin sağlam tərbiyəsidir.
İndi isə Şəbnəm Cəfərovanın Nurlan Babayevin şahid qismində şəxsi ifadəsini dəyişməsi üçün apardığı danışıqları sizlərə təqdim edirik.(BakuNews.az)