DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib
Bu gün, 12:08

Bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, D qrupunda Azərbaycan millisi Ukraynanı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qrupun digər görüşündə Fransa İslandiya ilə üz-üzə gəlib. Görüş "üçrənglilər"in qələbəsi ilə nəticələnib.
Günün maraqlı nəticəsi isə Norveçdə qeydə alınıb. Meydan sahibləri Moldovanın qapısından 11 top keçirib. Haaland 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
DÇ-2026, seçmə mərhələ
D qrupu
20:00. Azərbaycan - Ukrayna 1:1;
22:45. Fransa - İslandiya 2:1.
F qrupu
20:00. Ermənistan - İrlandiya 2:1;
22:45. Macarıstan - Portuqaliya 2:3.
H qrupu
22:45. Bosniya və Herseqovina - Avstriya 1:2;
22:45. Kipr - Rumıniya 2:2.
İ qrupu
22:45. Norveç - Moldova 11:1.
K qrupu
22:45. Albaniya - Latviya 1:0;
22:45. Serbiya - İngiltərə 0:5.
09 sentyabr, 09:00
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində daha doqquz qarşılaşma baş tutacaq.
Oxu.Az xəbər verir ki, günün ilk matçında Ermənistan İrlandiya ilə, Azərbaycan isə Ukrayna ilə qarşılaşacaq.
Digər görüşlərdə isə Albaniya Latviya ilə, Bosniya və Herseqovina Avstriya ilə, Kipr Rumıniya ilə, Fransa İslandiya ilə, Macarıstan Portuqaliya ilə, Norveç Moldova ilə, Serbiya isə İngiltərə ilə üz-üzə gələcək.
9 sentyabr
DÇ-2026 seçmə mərhələsi
II tur
Saat 20:00, Ermənistan - İrlandiya;
Saat 20:00, Azərbaycan - Ukrayna;
Saat 22:45, Albaniya - Latviya;
Saat 22:45, Bosniya və Herseqovina - Avstriya;
Saat 22:45, Kipr - Rumıniya;
Saat 22:45, Fransa - İslandiya;
Saat 22:45, Macarıstan - Portuqaliya;
Saat 22:45, Norveç - Moldova;
Saat 22:45, Serbiya - İngiltərə.