Monqolustan, Kamboca, ABŞ-dan ölkəmizə ət idxalı dayandırılıb

Dünən, 11:17           
Monqolustan, Kamboca, ABŞ-dan ölkəmizə ət idxalı dayandırılıb
Azərbaycana heyvan və quş xəstəlikləri ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəbər verir.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monqolustanın Ulan-Bator şəhərində dabaq xəstəliyi, Şimali Makedoniyanın Şimal-Şərqi, Pelaqoniya, Şərq regionlarında, Sloveniyanın Notransk-Kraşka regionunda blutanq xəstəliyi, Kamboca Krallığının Battambanq əyalətində, İspaniya Krallığının Estremadura muxtar icmasında, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

“Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub”, – qurumdan əlavə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru