Rusiya Xəzər dənizi ilə bağlı həyəcan təbili çalır

Dünən, 16:28           
Rusiya Xəzər dənizi ilə bağlı həyəcan təbili çalır
Rusiya digər ölkələri Xəzərin dayazlaşması problemini birgə həll etməyə dəvət edir.

"DogruXeber.az" xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Beynəlxalq Ətraf Mühit Konfransında deyib.

"Qlobal iqlim dəyişikliyinin səbəb olduğu Xəzər dənizinin dayazlaşması ciddi diqqət tələb edir. Və burada əsas vəzifələrdən biri bu unikal su anbarının səviyyəsindəki dalğalanmaların proqnozlaşdırılması üçün effektiv və uzunmüddətli modelin yaradılmasıdır. Onun əsasında iqtisadi fəallığın qurulması və mümkün mənfi nəticələrin minimuma endirilməsi vacibdir", - o bildirib.

Mişustin qeyd edib ki, Rusiya Təbii Sərvətlər Nazirliyi artıq bu istiqamətdə iş aparır.

"Xarici həmkarlarımı qoşulmağa dəvət edirəm", - Rusiya baş naziri son olaraq deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru