Cəlilabadda ali təhsili olmayan idarə rəhbəri

3-06-2017, 09:27           
Cəlilabadda ali təhsili olmayan idarə rəhbəri
Son günlər dövrü mətbuatda dərc olunan yazılarda Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyev haqqında tənqidi matreallar dərc olunmaqdadir

Ölkə rəhbərliyinin son illər həyata keçirdiyi struktur lahiyyələrə baxmayaraq hal-hazırda bölgələrdə ali təhsili olmayan (orta ixtisaslı) idarə rəhbərləri də var.Haqqında söhbət açacağımız məmur bir zamanlar Cəlilabad toylarında qarmon musiqi alətində “helloza ” mahnısının məhşur ifaçısı kimi tanınmış,haliyyədə Cəlilabad Rayon Maliyyə idarəsinin Rəisi işləyən Quliyev Əlinazim Şahsuvar oğludur.

Dövlət başçısının sərəncamına uyğun olaraq,ali təhsili olmayan şəxslər heç bir vəzifədə,o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz.Bütun bunlara baxmayaraq ,hal-hazırda Cəlilabad rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyev orta ixtisaslı maliyyəçidir.

Bizə daxil olan məlumatı araşdırmaq məqsədilə dəfələrlə Cəlilabad rayon Maliyyə idarəsində olsaqda , Əlinazim müəllimlə görüşə bilmədik,hər dəfə bir bəhanələrlə bizi yayındırdı. (yazartv.az)
teref.az olaarq qarşı tərəfin fikrini öyrənməyə hazırıq.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru