İcra başçısının baş məsləhətçisini yas məclisində döydülər - Qalmaqal
11-07-2015, 20:58
Teref. infonun aldığı məlumata görə, Bərdədə baş vermiş yol qəzasının təfərrüatları Dünən axşam saatlarında Bərdə rayon İcra hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Hüseyn Qasımovun sürücülük hüququ olmayan azyaşlı oğlu atasına məxsus avtomobillə avtoxulianlıq edərkən qəza törədərək Bərdə kollecinin direktoru Xaləddin Ələkbərovun hərbi çağırışçı oğlunun ölümünə səbəb olub. H.Qasımov və həyat yoldaşı yas mərasimində mərhumun qohumları tərəfindən ölümcül döyülüblər. Hüseyn Qasımovun həyat yoldaşı təhsil şöbəsində metodist vəzifəsində işləyir. teref.az