Sabah — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı .Asif Yusif oğlu Məhərrəmov, və ya Fred Asifin doğum günüdür
25-07-2017, 21:59
O,Vətən üçü, mənim üçün ,Sənin üçün ,Onun üçün vuruşdu və şəhid oldu
"Milli qəhrəman" adı verildi, imtina etdi
Sabah — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı .Asif Yusif oğlu Məhərrəmov, və ya Fred Asifin doğum günüdür
1992-ci ilin dekabr ayının 7-də Respublika prezidenti Əbülfəz Elçibəy tərəfındən Milli Qəhraman adı ilə təltif olunan Fred Asif bu addan imtina etdi. Cavabı isə çox qəti və məntiqli oldu: "Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq".
Yaradan hər kəsi bu cahana bir missiya üçün gətirir. Onun missiyası Haqqı müdafiə etmək və onun nişanələrini göstərməklə ətrafındakı insanlara Allahı tanıtmaq imiş. O, sırf ibadətlə məşğul olmurdu. Doğulduğu sovet mühitinin ideoloji çərçivələri olmasa, uşaqlıq və gəncliyi ağır mərhumiyyətlər içində keçməsə, bəlkə də bu gün reklam olunan din xadimlərindən daha çox dindar olardı. Hər şeyin ən doğrusunu Allah bilər. Amma bəlkə də Fred Asifin yaşam tərzi, həyat yolunu Allah özünə ibadət kimi qəbul edib
Birinci vur, Fred! - Sən birinci vur, Asif! - Sən birinci vur, Fred! Allah onu birinci olmağa və birinci vurmağa yaratmışdı. Haqqı axtardığına, haqlı olanları müdafiə etdiyinə görə, ömrünün ən gözəl illərini və sağlamlığını I Qarabağ müharibəsində düşmənlə mübarizəyə qurban verdi! Dostları və əsgər yoldaşları daima ona deyirdilər! VUR FRED VUR VUR KOMANDİR VUR!!!!!! Bəli Asif əsl Komandir idi!! Düşmənə qan udduran, canını-qanını Vətənə qurban verən əsl qəhraman!!!
"Ağdam müharibəsiz alınsa, o torpağa ayaq basmayacam - deyən Fred Asif daima düşmənin can nöqtələrinə ağır zərbələr vururdu! . Fred Asif itirilmiş torpaqlara dözməzdi ... O, həmişə döyüş yoldaşlarına deyərdi: “Ay uşaqlar, bilin, bu torpaqdan başqa bizə yer yoxdur. Qeyrət də, namus da, xətir-hörmət də, ağsaqqal da, qarasaqqal da bu torpaqdadır. Bu torpaqdan o yana çıxdınız, hamısını itirəcəyik” . Asif Məhərrəmovun Fred ləqəbi alması haqqında dostları danışır ki, hələ yeniyetmə yaşlarında “Birinci vur, Fred” adlı fransız filminə dəfələrlə baxmışdı. Çox sevirdi bu filmi. Dostları ona “sən Fred kimi vuruşursan” deyirdilər. Kənddə kasıb ailədə idman məktəbinə getməyə imkanı olmasa da, özünün qumla doldurduğu kisəni yumruqlaya-yumruqlaya əsl idmançı görkəmi almışdı. Asif el dili ilə desək, vurub-yıxan igid olmuşdu. Fredin hərfi tərcüməsi sədaqətli dost deməkdir. AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI FRED ASİF ermənilərlə döyüşə başlayan zaman deyərdi: "İlahi, atılan mərmilər kaş ki, uşaq, qadın və qocalardan yan keçəydi. Əsir düşmüş əsgərə işgəncə verməyin. İllah da yaşı altmışı ötmüş qocaya, qadına. Döyüşçüyə qarşı döyüşün". “Ay uşaqlar,bilin,bu torpaqdan başqa bizə yer yoxdu! Qeyrət də,namus da, xətir-hörmət də,qarasaqqal da,ağsaqqal da bu torpaqdadı! Bu torpaqdan o yana çıxdınız,hamısını itirəcəksiniz O,1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olmuşdu .
.
1992-ci ilin iyun-iyul aylarında ordumuzun Qarabağda keçirdiyi ardıcıl uğurlu əməliyyatlar zamanı 4 yüksək rütbəli komandir və zabitimiz həlak olur. İyunun 12-də Naxçıvanikdən Ağdama gələn yolda batalyon komandiri Allahverdi Bağırov avtomobilində minaya düşərək, ertəsi gün, iyunun 13-də isə Goranboy-Ağdərə istiqamətində gedən əməliyyatlara rəhbərlik edən MN Baş Qərargah rəisinin birinci müavini, polkovnik Şikar Şikarov komandir qərargah maşınında istiqaməti bilinməyən tankdan atılan top mərmisinin qəlpəsindən həlak olur. Cəmi 5 gün sonra Sırxavənd yaxınlığındakı əməliyyatlar zamanı alay komandiri, polkovnik Şirin Mirzəyev avtomobildə minaya düşərək şəhid olur. Cəmi 8 gün sonra isə batalyon komandiri, polkovnik Asif Məhərrəmov da yolda hücuma məruz qalaraq, ölümcül yara alır. Hər 4 faciəli olayın şahidləri bu hadisələrdə qəsd ehtimalı olduğunu söyləyirlər... Həmin gün Naxçıvanikdə olan qardaşı Ədalət Məhərrəmovun sözlərinə görə, Fred Asifin avtomobilinə qumbaratandan atılan mərmi maşının altından dəymişdi. Erməni mövqeləri isə yola nisbətən elə bucaq altında imiş ki, oradan avtomobilin altını vurmaq qeyri-mümkün olarmış... Fred Asiflə bağlı bir maraqlı məqam da ondan ibarətdir ki, o, Şirin Mirzəyev və 1992-ci ilin aprelində Şuşada həlak olmuş Ramiz Qənbərov - hər üçü eyni nəslin nümayəndələridirlər... Tarix boyu çar imperiyasının da, SSRİ-nin də təhlükəsizlik orqanları Azərbaycan türklərinin seçmə nəsillərini soyqırıma məruz qoymağa çalışmışlar ki, xalqın müqavimət qüvvəsi sınsın... Bəlkə də sağ qalsaydı və sağlamlığını itirməsəydi, Fred Asifin ətrafında yaranmış Haqq hərəkatı bütün Azərbaycanı bürüyəcəkdi. Bunu isə onun istər xarici, istərsə də daxili düşmənləri istəməzdi...
Ağdamın işğalından bir müddət sonra Fred Asifin səhhəti daha da ağırlaşdığından o, Yaltaya müalicəyə yollanmalı olur. Lakin həkimlər artıq müalicənin qeyri-mümkün olduğunu söyləyirlər. Əvvəlki müalicə zamanı xəstənin bədəninə kənar müdaxilə olub və bütün bədəninə zəhər yayılmışdı. Əsl həqiqəti isə Allah bilər... Amma bir şey həqiqətdir ki ,20 il öncə 1994-cü il iyulun 1-də gözlərini bu dünyaya yuman Fred Asifin ruhu bu gün də Qarabağ, Şuşa, Ağdam eşqi ilə çırpınır. Biz çox şeyləri dərk etmirik. Bəlkə də vaxtsız, amma Qarabağsız, Ağdamsız ölüm onun xoşbəxtliyi imiş ki, o, bizlər kimi illərdir bu dərdlərə göz yumub yaşamadı.
Bu gün Şuşa məscidində donuzlar yatır. ...Bu gün Ağdamın ən məşhur İmarət deyilən Pənahəli xan oylağında, Asifin ata ocağının xarabalıqlarında köpəklər və bayquşlar ulaşır...
Allah Rəhmət Eləsin ...
Baba Allahnezerov
Qardaş eyni əqidəni daşıdıq, eyni yaşadıq, vuruşduq, sən getdin qardaşların hələ burdadılar!!Dedik yanına üzü ağ gələk, amma........
Tanrı ruhunu şad etsin qardaşım FRED!
Nurəddin Xoca!
teref.az